Maliyyə sektorunda şəxsiyyətin yoxlanılması və çirkli pulların yuyulmasının qarşısının alınması kimi xidmətlər təklif edən Fourthline 50 milyon avro investisiya alıb.
2018-ci ildə qurulan Fourthline-ın əldə etdiyi ümumi investisiya məbləği bununla da 70 milyon avroya çatıb. Nəzərinizə çatdıraq ki, startap tərəfindən təqdim edilən süni intellektlə dəstəklənən xidmətlər məlumatların oğurlanması kimi halların qarşısını alır. Bundan əlavə, şəxsiyyət vəsiqəsinin gerçəkliyinin yoxlanması (autentifikasiya) startapın əsas prioritetidir. Fourthline-ın həmtəsisçisi və baş direktoru Kirk Qunninq autentifikasiya sahəsinə böyük sərmayə qoyduğunu vurğulayıb. Bu investisiyaların əhatə dairəsinə şəxsiyyət və pasportların müxtəlif perspektivlərdən qiymətləndirilməsi də daxildir.
Bildirək ki, startapın müştəriləri arasında Avropada tanınmış fintech-lər də var. Amsterdamda yerləşən startapın 270-dən çox əməkdaşı var. İşçilər Hollandiya, Fransa, İspaniya və Böyük Britaniyada yerləşir.