Az | EN

G7 ölkələri süni intellekt ilə bağlı yeni qərar alıb

Nail Valiyev
01 May 2023 14:20
290 baxış
G7 ölkələri süni intellekt ilə bağlı yeni qərar alıb

G7 ölkələrinin yeni baş tutmuş görüşündə süni intellekt sayəsində əldə oluna biləcək imkanlar müzakirə edilib. Yaponiyadakı bu görüşdə ölkələr süni intellektlə bağlı beynəlxalq müqavilənin imzalanmasının lazım olduğunu bildiriblər. Bundan əlavə, məxfilik və sui-istifadə məsələləri ilə bağlı ehtiyat tədbirlərinin görülməsi də təklif edilib.

Açıqlama bildirilib: “G7 ölkələri süni intellektin cəmiyyətə və iqtisadiyyata gətirə biləcəyi potensial faydalardan xəbərdardır. Bununla belə, etiraf etmək lazımdır ki, bu texnologiyalardan sui-istifadənin qarşısını almaq üçün diqqətli idarəetmə və nəzarətin olması çox önəmlidir.”

Yaponiyada iki gün davam edən görüşdə rəqəmsal iqtisadiyyatla bağlı müxtəlif mövzular, o cümlədən məlumatların məxfiliyi, kibertəhlükəsizlik və inkişaf etməkdə olan texnologiyaların tənzimlənməsi mövzuları əhatə olunub. Ölkələrin qərarına əsasən, süni intellekt inkişaf etdiriləcək, lakin ortaq qanun layihəsi hazırlanacaq.

G7 həmçinin ChatGPT ilə əlaqəli məlumat məxfiliyi məsələlərinə toxunulub. Bildirilib ki, məlumatların təhlükəsiz şəkildə ötürülməsini təmin edəcək beynəlxalq tənzimləmə yaradılmalıdır.

© copyright 2022 | tech.az | info@tech.az