Məlumata görə, dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Genesis” müflisliyinin tanınması üçün müvafiq quruma müraciət edib.
FTX kriptovalyuta birjasının müflis olmasından sonra Genesis-in bankda sadəcə 150 milyon dollarının qaldığı öyrənilib.
Bundan əlavə, birja müştərilərə ödənişləri davam etdirə bilmir. Rəhbərlik isə biznesini satmağa hazırlaşır. Şirkət rəhbərliyi uğursuzluğu kriptovalyuta sahəsindəki problemlərlə izah edib.
Xatırladaq ki, daha əvvəl kriptovalyuta sahəsindəki böhranı böyük FTX resursunun dağılmasına səbəb olub.