Az | EN

Getaround ABŞ-da avtomobil icarəsi xidmətlərini dayandırıb

Nigar Sultanli
13 Fevral 2025 10:38
65 baxış
Getaround ABŞ-da avtomobil icarəsi xidmətlərini dayandırıb

Avtomobil sahiblərinə öz avtomobillərini, yük maşınlarını və SUV-lərini başqalarına icarəyə vermək imkanı yaradan şirkət Getaround ABŞ-dakı əməliyyatlarını dayandıracağını açıqlayıb. Şirkət 2023-cü ildə HyreCar şirkətini almışdı, amma bu biznesi də bağlayır.

Getaround ABŞ-dakı fəaliyyətini dayandıraraq artıq Avropada fəaliyyət göstərməyə fokuslanacaq. Avropada altı ölkədə fəaliyyət göstərir: Norveç, İspaniya, Fransa, Almaniya, Belçika və Avstriya.

Şirkət müştərilərinə göndərdiyi məktubda, avtomobilləri çərşənbə günü axşam saatlarına qədər qaytarmağı xahiş edib. Çünki əgər müştərilər avtomobilləri qaytarmasa, onlar şəxsi məsuliyyət daşıyacaq və sığorta təminatı olmayacaq.

2009-cu ildə San-Fransiskoda qurulan Getaround zaman-zaman investorlar tərəfindən dəstəklənmiş və milyonlarla dollar investisiya almışdır. Şirkət 2019-cu ildə Avropada fəaliyyətə başlamaq üçün Drivy və Nabobil adlı şirkətləri alıb.

Ancaq şirkət 2022-ci ildə birləşərək ictimaiyyətə açıldı, amma tezliklə maliyyə çətinlikləri yaşadı və 2023-2024-cü illərdə işçi kütləsini azaldıb. Şirkət ABŞ əməliyyatlarını bağlamağa qərar verib və bütün ABŞ işçilərini işdən çıxaracaq.

Şirkətin rəhbəri AJ Lee, bu qərarın çox çətin olduğunu və diqqətlə düşünülərək verildiyini qeyd edib. O, həmçinin, ABŞ-da əməliyyatlarının davam etməməsinin səbəbinin şirkətin likvidlik problemi olduğunu açıqlayıb.

© copyright 2022 | tech.az | info@tech.az