Az | EN

Getir 4 bazardan çıxır: Böyük Britaniya, Almaniya, Hollandiya və ABŞ

Cəmil Hüseynzadə
29 Aprel 2024 15:09
657 baxış
Getir 4 bazardan çıxır: Böyük Britaniya, Almaniya, Hollandiya və ABŞ

Getir uzunmüddətli davamlı inkişaf üçün ən böyük potensialı gördüyü əsas bazarı Türkiyəyə diqqət yetirəcək.

Getir Böyük Britaniya, Almaniya, Hollandiya və ABŞ-ı tərk etmək qərarını açıqlayıb. Getir-in ABŞ-dakı törəməsi olan FreshDirect fəaliyyətini davam etdirəcək.

Gəlirlərinin yüzdə 7-ni çıxdığı bazarlardan əldə etdiyini izah edən Getir, bu qərarın Türkiyəyə fokuslanmasını təmin edəcəyini bildirib.

Paralel olaraq Getir Mubadala və G Squared-dən yeni maliyyə təmin edib. Getir bu maliyyəni Türkiyədəki biznesində rəqabətqabiliyyətli mövqeyini gücləndirmək üçün istifadə edəcək.

Getir İngiltərə, Almaniya, Hollandiya və ABŞ-dakı bütün işçilərinə bu günə qədər çalışqan və fədakar fəaliyyətlərinə görə təşəkkür etdiyini bildirib.

© copyright 2022 | tech.az | info@tech.az