Az | EN

Getir Uber Eats ilə əməkdaşlığa başlayıb

Cəmil Hüseynzadə
26 Sentyabr 2023 17:30
401 baxış
Getir Uber Eats ilə əməkdaşlığa başlayıb

Türkiyənin ən uğurlu startaplarından olan Getir Uber Eats ilə əməkdaşlığa başlayıb. Əməkdaşlığın bir hissəsi olaraq, bu gündən etibarən Böyük Britaniyadakı Uber Eats istifadəçiləri Getir-in xidmət şəbəkəsindən yararlanacaqlar. Uber Eats üçün bununla da 2000-dən çox məhsul əlçatan oldu. Yalnız yemək üçün istifadə edilən Uber Eats bu əməkdaşlıqla ərzaq məhsullarının sürətli çatdırılmasını təmin edə biləcək.

Getir Türkiyənin ilk dekakornu olan startap idi. Son iki ildə isə o dəyərinin təqribən 80%-ni itirdi. Avqust ayında Getir-in dəyəri 2.5 milyard dollar təyin edilmişdi. Vəziyyəti gərginləşən Getir investisiya almaq istədiyini də açıqlamışdı. 

Bütün bunlardan aydın olur ki, 2023-cü il Getir üçün heç də asan olmayıb. Bu hadisələr fonunda Uber Eats ilə əməkdaşlıq Getir üçün yeni inkişaf mərhələsinin başlağıcıdır.

© copyright 2022 | tech.az | info@tech.az