Çinin Godox şirkəti qeyri-adi dizayna malik C100 rəqəmsal kamerasını təqdim edib. Qurğunun əsas fərqi arxa ekranın olmamasıdır. Onun yerini 50 faiz işıq keçirən böyük optik vizor tutur. Vizorun üzərində ISO, ekspozisiya müddəti, diafraqma və batareya səviyyəsi kimi göstəricilər əks olunur.
Kamera naməlum sensorla təchiz edilib və fotoları microSD kartına yazır. Maksimum 128 GB yaddaş kartını dəstəkləyən cihaz təxminən 350 min şəkil saxlaya bilir. C100 1:1, 3:2, 4:3 və 16:9 formatlarında çəkiliş imkanı təqdim edir. Şəkillərə yalnız smartfon və ya kompüter vasitəsilə, kabel bağlantısı ilə baxmaq mümkündür.
Godox C100 104×72×19 mm ölçülərə, cəmi 60 qram çəkiyə malikdir. Qurğunun qiyməti isə təxminən 200 yuan (təxminən 47 manat) təşkil edir.
