WinRAR arxiv proqramı 7.23 versiyasına yenilənib. Sosial şəbəkələrdə bunu proqramın nəhayət gəlir gətirməsi ilə bağlı zarafatlarla qarşılasalar da, əslində WinRAR mütəmadi olaraq, demək olar ki, hər ay yenilənir. Yeni versiyada ciddi funksional dəyişikliklər yoxdur. Diqqət çəkən əsas məqam isə tərtibatçıların X platformasında paylaşdığı yumoristik post olub. Həmin paylaşım qısa müddətdə viral olub və şirkətin sonrakı paylaşımları da istifadəçilərin diqqətini cəlb edib.
