Dünyanın ən böyük axtarış sistemi olan Amerika mərkəzli Google-un süni intellekt şirkəti Anthropic-ə 2 milyard dollara qədər sərmayə qoyacağı bildirilib.
Google rəsmisi şirkətin daha əvvəl OpenAI-ın rəqibinə 500 milyon dollar sərmayə qoyduğunu və zaman keçdikcə daha 1,5 milyard dollar sərmayə qoymaq üçün şirkətlə razılığa gəldiklərini qeyd edib. Google daha əvvəl də Anthropic-ə sərmayə qoymuşdu. Bu investisiyanın artırılmasının əsas səbəbi kimi şirkətin süni intellektdə Microsoft ilə rəqabət apara bilməsi göstərilir.
Amazon keçən ay süni intellekt sahəsində artan internet rəqibləri ilə rəqabət aparmaq üçün Anthropic-ə 4 milyard dollara qədər sərmayə qoyacağını açıqlamışdı. Keçmiş OpenAI rəhbərləri tərəfindən qurulan Anthropic OpenAI ilə rəqabət aparmaq və texnologiya sənayesində lider olmaq üçün lazım olan sərmayəni əldə etməyə çalışaraq sənaye liderliyini ələ keçirmək istəyir.