Az | EN

Google Axtarış paneli indi Android tətbiqinin aşağı hissəsində olacaq

Səbinə Eyvazova
30 Noyabr 2023 17:40
241 baxış
Google Axtarış paneli indi Android tətbiqinin aşağı hissəsində olacaq

Google texnologiya dünyasında istifadəçi təcrübəsini artırmaq üçün müxtəlif yeniliklər təqdim edir. Google-un Android proqramında gözlənilən dəyişiklik Google Axtarış panelinin yeridir. Ən son xəbərlərə görə Google Android tətbiqinin yeni interfeysini sınaqdan keçirir və bu interfeyslə əsas axtarış paneli aşağıya köçürülür.

Google bu dəyişikliyi Android tətbiqinin ən son beta versiyasında sınaqdan keçirib və istifadəçilərə axtarış çubuğunu aşağıda göstərmək imkanı verir. Yenilənmiş interfeys ilə paylaşılan ekran görüntülərində axtarış çubuğunun aşağıda yerləşdiyi görünür.

Google-un iOS üçün Chrome brauzerində oxşar dizayn təklif etməsi, bu dəyişikliyin Android tətbiqində də geniş istifadəçi kütləsini qarşılaya bilmə ehtimalını ortaya qoyur. 

Google-un bu yeni funksiyası Android tətbiqinin 14.48.26.29.arm64 versiyasında peyda olub. Lakin bu dəyişikliyin nə vaxt ümumi istifadəyə veriləcəyi hələlik bəlli deyil.

© copyright 2022 | tech.az | info@tech.az