Az | EN

Google Azərbaycan oyun studiyası haqqında yazıb

Cəmil Hüseynzadə
14 İyun 2023 22:30
636 baxış
Google Azərbaycan oyun studiyası haqqında yazıb

Google Cool Bears platforması haqqında paylaşım edib. Şirkətin #WeArePlay platforması yerli startap və qurucuları haqqında məlumat qeyd edib. #WeArePlay tətbiqlər və qurucularının qlobal icmasıdır.

GooglePlay onlar haqqında belə paylaşım edib: 

Mia və Bakir ilk oyun studiyalarını quran Azərbaycanda ilk bir neçə nəfərdən biri olublar. Heç bir texnoloji şəbəkəsi olmayan, məsləhət alacaq bir şəxsi olmayan Bəkir onlayn dərsliklərə baxaraq kodlaşdırmağı öyrənib. Onlar ilk cəhdlərində müflis olublar, lakin cütlük təslim olmaqdan imtina etib. Kredit alıb və Boxing Physics oyununu yaradaraq yeni studiya qurublar. İndi onların məqsədi Azərbaycanda dəstəkləyici texnoloji icma yaratmaq, təcrübə mübadiləsi aparmaq və startaplara öz yollarını tapmaqda kömək etməkdir.

Cool Bears oyun studiyası 2018-ci ildə yaradılıb, o vaxtdan bəri öz izləyiciləri üçün bir çox uğurlu və maraqlı layihələr hazırlamağı bacarıb. Komanda ümumi oyun həvəsi ilə bir araya gələn 5 yaradıcı üzvdən ibarətdir. Hazırda dünya üzrə 8 milyondan çox kütləyə xitab etməyi bacarır.

© copyright 2022 | tech.az | info@tech.az