İtaliya hökuməti ilə Google arasında aparılan danışıqlar nəticəsində texnologiya nəhəngi 326 milyon avro ödəməyə razılaşıb. Bu məbləğ şirkətin 2015–2019-cu illərdə ödənilməmiş vergilər və cərimələrlə bağlı açılan iddianın geri götürülməsi üçün müəyyən edilib.
İtaliya Gəlir İdarəsi keçən il Google-a qarşı 1 milyard avroluq vergi borcu və cərimələr səbəbilə məhkəmə iddiası qaldırmışdı. 2024-cü ilin iyununda Milan prokurorları Google-ın ölkədə əldə etdiyi gəlirlər üzrə düzgün vergi hesabatı vermədiyini bildirmiş və bu iddialarını şirkətin İtaliyadakı rəqəmsal infrastrukturuna əsaslandırmışdı. Soruşturmanın 2022-ci ilin dekabr ayında başladığı açıqlanmışdı.
Prokurorluğun verdiyi məlumata görə, əldə edilən 326 milyon avroluq razılaşma cərimələr, faizlər və digər hüquqi xərcləri əhatə edir.
Google-un sözçüsü iddialarla bağlı açıqlamasında "Faaliyet göstərdiyimiz bütün ölkələrdə, o cümlədən İtaliyada vergi qanunvericiliyinə riayət edirik və yerli orqanlarla əməkdaşlıq edirik" deyə bildirmişdi.
Bu, Google-un İtaliyada ilk vergi məsələsi deyil. 2017-ci ildə də oxşar bir məhkəmə işində şirkət 306 milyon avro ödəməyə məcbur olmuşdu. O zaman Google-un ölkədə daimi iş yeri kimi fəaliyyət göstərdiyi qəbul edilmiş və ona əlavə vergi cərimələri tətbiq olunmuşdu.