Son illərdə avtonom avtomobil texnologiyalarını inkişaf etdirən şirkətlərin sayı xeyli artıb. Bu şirkətlərdən biri, gələcəkdə tam sürücüsüz robot taksi xidməti təqdim etməyi planlaşdıran Google şirkəti Waymo illərdir sınaqdan keçirdiyi sürücüsüz (avtonom) taksi xidmətini istifadəyə verib.
Waymo-nun Səviyyə 4 avtonom idarəetmə texnologiyasına malik Jaguar I-Pace avtomobili şirkət tarixində ilk ölümcül qəzanı törədib.
Şirkətin mətbuat xidmətindən verilən açıqlamada avtonom taksilərdən birinin iti vurmasının itin ölümünə səbəb olduğu bildirilib. Sürücü oturacağında əyləşən ekspert də hadisənin qarşısını ala bilməyib.
Nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarına uyğun olaraq saatda təxminən 40 km sürətlə hərəkət etdiyi bildirilib.