Az | EN

Grammarly “Superhuman” e-poçt tətbiqini alıb

Cəmil Hüseynzadə
01 İyul 2025 21:52
37 baxış
Grammarly “Superhuman” e-poçt tətbiqini alıb

Yazılı ünsiyyət üçün süni intellekt əsaslı platforması ilə tanınan Grammarly, məhsuldarlıq alətlərini gücləndirmək məqsədilə Superhuman e-poçt tətbiqini satın aldığını elan edib. Sazişin maliyyə detalları açıqlanmayıb. Görünür ki, bu süni intellek sahədinə mühüm addım korporativ Sİ alətlərinin inkişafının ilkin mərhələsidir. 

Superhuman 2014-cü ildə Rahul Vohra, Vivek Sodera və Conrad Irwin tərəfindən təsis edilib. Şirkət a16z, IVP və Tiger Global kimi investorların dəstəyi ilə 114 milyon dollardan çox sərmayə cəlb edib. Traxcn məlumatlarına görə, şirkətin son dəyərləndirməsi 825 milyon dollar olub.

Grammarly-nin CEO-su Şişir Malhotra bu əməkdaşlıqla bağlı bildirib:

“Superhuman ilə birlikdə bu gələcəyi milyonlarla peşəkara çatdıra biləcəyik. E-poçt sadəcə bir tətbiq deyil – bu, peşəkarların günlərinin böyük bir hissəsini keçirdikləri məkandır və burada eyni anda bir neçə süni intellekt agentini koordinasiya etmək üçün ideal şərait mövcuddur.”

Sazişə əsasən, Superhuman-ın CEO-su Rahul Vohra və digər əməkdaşları Grammarly komandası ilə birləşəcək.

Vohra bildirib:

“E-poçt milyardlarla insan üçün əsas ünsiyyət vasitəsidir və Grammarly istifadəçiləri üçün bir nömrəli istifadə sahəsidir. Grammarly ilə güclərimizi birləşdirərək Superhuman təcrübəsini daha da inkişaf etdirəcəyik və gündəlik istifadə etdiyimiz ünsiyyət vasitələri üzərində süni intellekt agentlərinin əməkdaşlıq etdiyi yeni bir iş üsulu yaradacağıq.”

Superhuman son aylarda süni intellekt dəstəyi ilə planlaşdırma, avtomatik cavablar və kateqoriyalaşdırma kimi funksiyalar əlavə etmişdi. Grammarly isə bu texnologiyanı istifadə edərək e-poçtlar üçün daha güclü süni intellekt agentləri yaratmaq niyyətindədir.

Qeyd edək ki, ötən il Grammarly, Coda adlı əməkdaşlıq əsaslı məhsuldarlıq proqramını da əldə etmiş və bu razılaşma çərçivəsində Coda-nın həmtəsisçisi Şişir Malhotra Grammarly-nin CEO-su təyin olunmuşdu.

Bu ilin may ayında isə Grammarly, General Catalyst fondundan 1 milyard dollarlıq qeyri-səhmdar investisiya alıb. Bu investisiyanı geri ödəmək üçün şirkət, həmin məbləğdən gələn gəlirin müəyyən faizini General Catalyst-ə qaytaracaq, amma səhmdarlıq hüquqları verməyəcək.

 

© copyright 2022 | tech.az | info@tech.az