Azərbaycanın rəqəmsal ticarət platformalarından biri olan Umico rəsmi olaraq rebrendinq prosesinə gedərək adını "birmarket" olaraq dəyişdiyini elan edib. Bu dəyişiklik PAŞA Holdinqin nəznində fəaliyyət göstərən Bir Ekosisteminə qoşulması ilə bağlı strateji qərar əsasında həyata keçirilib.
Yeni ad – birmarket – şirkətin Bir Ekosisteminin ticarət mühərriki rolunu daşımasını simvolizə edir. Platforma bu mərhələdən etibarən alıcılar, satıcılar və bütövlükdə iqtisadiyyat üçün real dəyər yaradan bir struktur kimi fəaliyyətini davam etdirəcək.
Şirkətdən verilən açıqlamaya görə, birmarket brendi aşağıdakı dəyərləri özündə birləşdirir:
- Bir Ekosistemində aparıcı ticarət platforması olmaq;
- Sadəlik, ardıcıllıq və uzunmüddətli müştəri etimadı prinsiplərinə sadiqlik;
- Alış-veriş və satış təcrübəsinin təkmilləşdirilməsi yolu ilə həm istehlakçılar, həm də sahibkarlar üçün real fayda yaratmaq;
- Daha məqsədyönlü və dayanıqlı inkişaf üçün möhkəm əsasların qurulması.
Yeni “birmarket” brendi ilə şirkət rəqəmsal ticarət sahəsində ölkə daxilində və regionda liderliyini daha da möhkəmləndirməyi hədəfləyir.