Az | EN

GTA 5-in mənbə kodları sızdırılıb: GTA 6 və bir çox layihənin məlumatları ortaya çıxıb

Nail Valiyev
gta
25 Dekabr 2023 12:00
874 baxış
GTA 5-in mənbə kodları sızdırılıb: GTA 6 və bir çox layihənin məlumatları ortaya çıxıb

GTA 5-in mənbə kodları sızdırılıb və iddiaya görə GTA 6 ilə birlikdə gözlənilən başqa bir oyunun məlumatları da ortaya çıxıb.

YouTuber SKizzle-a görə sızdırılmış mənbə kodu Bully 2 və GTA seriyasındakı növbəti, "Project Americas" kimi tanınan oyun haqqında da şifrələnmiş məlumatları ehtiva edir. SKizzleAXE bu iddianı təsdiqləmək üçün sızan GTA 5 mənbə kodunun ekran görüntüsünü paylaşıb. 

Məlumata görə keçən il sızan GTA 6 oyununun görüntülərinin bu mənbə kodu sızması ilə əlaqəli ola biləcəyi düşünülür. Bully 2 haqqında məlumatın da mənbə koduna daxil edildiyi bildirilir. Bu hadisə Rockstar Games üçün ciddi məlumat pozuntusununa və istənməyən nəticələrə səbəb ola bilər.

© copyright 2022 | tech.az | info@tech.az