Az | EN

GTA VI təqdimatı 27 avqustda Netflixdə yayımlanacaq

Cəmil Hüseynzadə
07 Avqust 2026 10:59
84 baxış
GTA VI təqdimatı 27 avqustda Netflixdə yayımlanacaq

Rockstar Games uzun müddətdir gözlənilən Grand Theft Auto VI (GTA VI) oyunu ilə bağlı yeni təqdimatın keçiriləcəyini elan edib. Tədbir 27 avqust tarixində baş tutacaq və Netflix ilə YouTube platformalarında canlı yayımlanacaq.

Təqdimatın ən diqqətçəkən məqamlarından biri yayımla bağlı fərqdir. Rockstar-ın açıqlamasına əsasən, Netflix abunəçiləri təqdimatı YouTube izləyicilərindən altı saat əvvəl izləyə biləcəklər.

Şirkət hələlik təqdimatda nümayiş etdiriləcək məzmun barədə ətraflı məlumat verməyib. Bununla belə, oyun ictimaiyyəti əsasən GTA VI-nın ilk rəsmi gameplay görüntülərinin təqdim olunacağını gözləyir. Çünki oyunun təqdimat treyleri yayımlansa da, indiyədək Rockstar tərəfindən heç bir gameplay videosu paylaşılmayıb.

Xatırladaq ki, Grand Theft Auto VI 19 noyabr tarixində PlayStation 5 və Xbox Series X|S platformaları üçün satışa çıxacaq. Oyunun PC versiyasının da hazırlanması gözlənilsə də, Rockstar bu versiyanın buraxılış tarixi barədə hələlik rəsmi məlumat verməyib.

© copyright 2022 | tech.az | info@tech.az