Az | EN

HealthTech sahəsində olan Precision Neuroscience Corporation startapı 41 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
26 Yanvar 2023 19:39
216 baxış
HealthTech sahəsində olan Precision Neuroscience Corporation startapı 41 milyon dollar investisiya alıb

HealthTech sahəsində olan Precision Neuroscience Corporation 41 milyon dollar investisiya alıb. Forepont Capital Partners-in rəhbərlik etdiyi Seriya B investisiya turunda Alumni Ventures, Draper Associates, Mubadala Capital və re.Mina Capital yer alıb.

Startap  yeni investisiyanın Ar-Ge proseslərini yaxşılaşdırmaq üçün istifadə ediləcəyini açıqlayıb və bu investisiya ilə ümumi investisiya məbləğini 53 milyon dollara çatdırıb.

Nyu-Yorkda yerləşən startap beyin-kompüter interfeysini, yəni beyinlə xarici cihaz arasında birbaşa əlaqəni təmin edir. Parkinson xəstəliyinə diqqət yetirən startapın məqsədi xəstələrə nevroloji statuslarını bərpa etməkdə kömək etməkdir. 

Əlavə edək ki, Precision neyrocərrah Benjamin Rapoport və onun dostları Mark Hettik, Maykl Mager və Demetrios Papaceorci tərəfindən təsis edilib. 2020-ci ildə fəaliyyətə başlayan startap həmçinin bu il klinik sınaqlara başlayacaq.

© copyright 2022 | tech.az | info@tech.az