Az | EN

Honor süni intellekt funksiyalı “Robot Phone” konseptini təqdim etdi

Cəmil Hüseynzadə
16 Oktyabr 2025 12:39
48 baxış
Honor süni intellekt funksiyalı “Robot Phone” konseptini təqdim etdi

Honor şirkəti süni intellektlə təchiz olunmuş yeni nəsil “Robot Phone” adlı konsept smartfonunu təqdim edib. Yeni modelin əsas fərqi onun hərəkətli əsas kamerasıdır – kamera korpusun içindən avtomatik şəkildə çıxaraq hərəkət edir və istifadə olunmadıqda geri qayıdır.

The Verge-in məlumatına görə, kamera süni intellektlə idarə olunur və çəkiliş zamanı lazımi bucağı müstəqil müəyyən edə bilir. Kamera bloku adi smartfonlardan fərqli olaraq bir qədər qalın konstruksiyada yerləşdirilib.

Hazırda smartfonun texniki göstəriciləri açıqlanmayıb, lakin şirkət bu barədə daha ətraflı məlumatı 2026-cı ilin mart ayında keçiriləcək MWC 2026 sərgisində təqdim etməyi planlaşdırır.

Bu konsept Honor-un mobil texnologiyada süni intellektin fiziki hərəkətlə inteqrasiyasına yönəlmiş ilk cəhdlərindən biri kimi qiymətləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az