İBM-in baş direktoru Arvind Krişna bildirib ki, şirkət bəzi vəzifələr üçün işə qəbulu dayandırıb, çünki süni intellekt insan işçi qüvvəsini əvəz edə bilər.
Sözügedən işlərin süni intellektlə əvəz oluna bilən müştəri yönümlü olmayan rollar olduğu bildirilib. Krişna, beş il ərzində iş yerlərinin 30 faizinin süni intellektlə əvəz oluna biləcəyini təxmin etdiyini söyləyib ki, bu da təxminən 7,800 iş yerinin itirilməsi deməkdir. Hazırda bu vəzifələrdə çalışan insanlar işdən çıxarılmayacağını bildirib. Arvind Krishna, işçilərin müxtəlif şöbələrə keçidlərkni sənədləşdirmək və məşğulluq təsdiq məktublarının yazılması kimi HR vəzifələrinin, ehtimal ki, süni intellektə köçürüləcək ilk işlərdən biri olacağını söyləyib.
Krişnanın sözlərinə görə, 260 min işçisi olan şirkətdə müştərilərlə qarşılıqlı əlaqə və proqram təminatının inkişafına yönəlmiş iş yerləri yaxın illərdə bu prosesdən təsir etməyəcək.