Az | EN

“IGNITE” İnkubasiya Proqramına qoşularaq 5000 AZN qazanmaq şansını qaçırmayın

Səbinə Eyvazova
27 Dekabr 2023 16:19
844 baxış
“IGNITE” İnkubasiya Proqramına qoşularaq 5000 AZN qazanmaq şansını qaçırmayın

Azərbaycan-Fransız Universitetinin (UFAZ) Sahibkarlıq və İnnovasiya Mərkəzi “IGNITE” İnkubasiya Proqramının 2-ci dövrü üçün qeydiyyat elan edib.

Proqram vasitəsilə yaradıcı biznes ideyası olan və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən fərdlər və komandalar üçün dəstək göstəriləcək. Üç ay müddətində davam edəcək intensiv proqrama müxtəlif sahələrdən olan startaplar müraciət edə bilər. Yeganə şərt, proqramda iştirak edən komandanın ən azı bir üzvünün ya cari universitet tələbəsi olması ya da son iki ildə məzun olmasıdır.

Proqramda iştirak haqqı qazanan startaplar aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:

  • UFAZ-ın binasında xüsusi iş sahəsindən istifadə imkanı
  • Təcrübəli sahibkarlar və sənaye ekspertlərindən mentorluq və təlim
  • May ayında keçiriləcək Demo Günündə potensial investorlara öz startaplarını təqdim etmək şansı
  • Proqram müddətində hər komanda üçün 500 AZN-dək maliyyə dəstəyi
  • Ən uğurlu iki startap üçün 5000 AZN ilkin toxum investisiya

Əlavə olaraq, ən uğurlu startap təsisçiləri, proqram zamanı irəliləyiş və performansları tələblərə cavab verərsə, Strasburq Universitetinə maraqlı sahibkarlıq səfərinə getmək şansı əldə edəcəklər.

Proqrama müraciət üçün son tarix 09.01.2024-cü ildir. Müraciət üçün buradan qeydiyyat linkinə keçid edin:

“IGNITE” İnkubasiya Proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilir.

© copyright 2022 | tech.az | info@tech.az