Az | EN

İlon Mask 100 milyard dollar itirən ilk şəxs oldu

Bənövşə Kazımova
23 Noyabr 2022 16:50
426 baxış
İlon Mask 100 milyard dollar itirən ilk şəxs oldu

Dünyanın ən varlı adamı olan İlon Maskın sərvəti 2022-ci ildə rekord dərəcədə azalıb. Mask 100 milyard dollar itirib və sərvəti 169,8 milyard dollara düşüb.

Bu, Bloomberg Milyarderlər İndeksində indiyə qədər qeydə alınan ən kəskin azalma olub. Beləliklə, Mask 100 milyard dollar itirən ilk şəxs kimi qeydə alınıb. Qeyd edək ki, kəskin azalma Maskın sərvətinin əsas hissəsini təşkil edən Tesla-nın artan xammal xərcləri və tədarük zəncirinin pozulmasına görə çətin vəziyyətdə qalmasından xəbər verir.

Yeri gəlmişkən, Tesla-nın səhmləri bazar ertəsi günü 6,8 faiz azalaraq 167,87 dollara düşüb, bu da 2020-ci ilin noyabrından bəri ən aşağı göstəricidir.

© copyright 2022 | tech.az | info@tech.az