Az | EN

“İnnovasiya və sahibkarlıq: Startap ekosistemi” kitabı təqdim edilib

Cəmil Hüseynzadə
04 Yanvar 2024 03:03
1422 baxış
“İnnovasiya və sahibkarlıq: Startap ekosistemi” kitabı təqdim edilib

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Bakı Mühəndislik Universiteti birgə işi olan “İnnovasiya və sahibkarlıq: Startap ekosistemi” kitabı təqdim edilib. Mehmet Tosun, Elçin Süleymanov, Mətanət Musayeva, İsa Qasımov, Mətanət Rəsulova, Urxan Seyidov, Fərid İsmayılzadə müəllifliyi ilə yazılan kitabda innovasiya ekosistemi, onun qurulması, tarixi təcrübələr, statistikalar və s. qeyd edilib. Kitabın ön sözünü İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru,iqtisad elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dovlətİdarəçilik Akademiyasının professoru Vüsal Qasımlı yazıb. Kitab haqqında qısa icmalı ön sözdə qeyd edən Vüsla Qasımlı digər ölkələrin inkişafları haqqında da qısa məlumat verib.

“Azərbaycanda startap ekosisteminin mövcud vəziyyəti vəperspektivləri”, “İdeyadan biznesə”, “Startapların idarə olunmasında xarici təcrübə” kimi başlıqlarda mövzular qeyd edilib. Kitabda həmçinin dünyadakı inkişaf, müasir tendensiyalar haqqında da məlumat yazılıb.

İnnovasiya haqqında araşdırma edərkən hər kəsin bilməli olduğu termin və proseslər haqqında kitabda alt başlıqlar ilə geniş açıqlamalar mövcuddur. 
Kitabı yüklə.

© copyright 2022 | tech.az | info@tech.az