Az | EN

iPhone 15 Pro Max-ın kamerası 6x böyütmə qabiliyyətinə malik olacaq

Səbinə Eyvazova
10 May 2023 12:41
273 baxış
iPhone 15 Pro Max-ın kamerası 6x böyütmə qabiliyyətinə malik olacaq

Daha əvvəl xəbər verdiyimiz kimi iPhone 15 modellərinin bəzi texniki xüsusiyyətləri ictimaiyyətə bəlli olub. Mediaya sızdırılan məlumata görə bu modellərin daha bir xüsusiyyəti ortaya çıxıb. Sızdırılan məlumatlara əsasən iPhone 15 Pro Max 6x böyütmə qabiliyyətinə malik periskop kamerası ilə istifadəçilərə təqdim olunacaq. 

Ümumiyyətlə, iPhone 15 Pro modellərinin TSMC-nin yeni nəsil 3nm texnologiyası əsasında qurulmuş A seriyalı çipi təqdim edən ilk modellər olacağı gözlənilir. Qeyd edək ki, Yalnız iPhone 15 Pro və Pro Max modellərində A17 Bionic prosessorları istifadə olunacaq.Titan korpusla çıxarılacağı bildirilən iPhone 15 Pro Max, kənarları yuvarlaqlaşdırılmış formada təqdim ediləcək.

Sızdırılan məlumatlar arasında cihazın daha böyük kamera çıxıntısı və geniş kamera obyektivi ilə təqdim ediləcəyi də təxmin edilir. Apple'ın iPhone 15 modelləri üçün Sony-nin ən son "müasir" görüntü sensorlarından istifadə edəcəyi də təxminlər arasındadır. İddialara görə, Apple iPhone 15 Pro Max modelinə 1 düymlük Sony IMX903 sensoru daxil edəcək.

Bildirilir ki, qurğunun əsas kamerası 48 meqapiksel olacaq.

Məşhur analitik Ming-Chi Kuo şirkətin Pro Max modelinə yalnız periskop obyektivini daxil ediləcəyini açıqlayıb. Apple iPhone 15 Pro Max modelində 6x böyütmə ilə 12 meqapiksellik periskop obyektivindən istifadə edəcək.

iPhone 15 seriyasındakı ən əhəmiyyətli dəyişikliklərdən birinin Type-C girişi olacağı düşünülür. Sızdırılan görüntülərə görə, Apple bütün iPhone 15 modellərində Type-C girişini daxil edəcək. Onu da qeyd etmək lazımdır ki, sürətli enerji doldurma texnologiyası yalnız Apple tərəfindən təsdiqlənmiş kabellərlə həyata keçirilə bilər.

© copyright 2022 | tech.az | info@tech.az