Az | EN

İqlim texnologiyaları və fintech startapı Agreena 46 milyon avro investisiya alıb

Bənövşə Kazımova
31 Mart 2023 14:00
364 baxış
İqlim texnologiyaları və fintech startapı Agreena 46 milyon avro investisiya alıb

İqlim texnologiyaları və fintech startapı Agreena 46 milyon avro investisiya alıb. Danimarka mərkəzli startap yeni investisiyanın karbon emissiyalarının azaldılması və fintech ahəsində Ar-Ge tədqiqatları üçün istifadə ediləcəyini açıqlayıb.

Agreena 2019-cu ildə Culi Karl Kox Fahler və İda Boesen tərəfindən istifadəyə verilib. O, yəni atmosferdən karbon qazını udaraq karbon kreditlərinə çevirən sistemləri inkişaf etdirir.Startap 16 ölkədə 600 min hektar karbonu kreditə çevirib.

Nəzərinizə çatdıraq ki, son illərdə fermerlər regenerativ kənd təsərrüfatından, yəni sənaye kənd təsərrüfatından qaynaqlanan təbii ehtiyatların tükənməsinin qarşısını almaq üçün fəaliyyətə başlayıblar. Fermerlər öz torpaqları haqqında məlumatları Agrena platformasına daxil etdikdə sistem işə salınır. Növbəti addım məhsulun necə yığılacağını planlaşdırmaqdır. Daha sonra torpağın ətraf mühitə nə qədər karbon buraxma potensialı olduğu müəyyən edilir.

 

© copyright 2022 | tech.az | info@tech.az