Az | EN

İran üzərində “Starlink” peykləri aktivləşdirilib

Bənövşə Kazımova
29 Dekabr 2022 15:15
421 baxış
İran üzərində “Starlink” peykləri aktivləşdirilib

“SpaceX”in baş direktoru İlon Maskın açıqlamasına görə, onun şirkətinin hazırda İran üzərində 100-ə yaxın aktiv “Starlink” rabitə peyki var. Bu barədə tech.az oxu.az-a istinadən xəbər verir.

Mask hələ 2022-ci ilin payızında bu Yaxın Şərq ölkəsi üzərində xidməti aktivləşdirməyi planlaşdırdığını açıqlamışdı. İndi isə “Biz artıq İranda eyni anda 100 “Starlink” peykini aktivləşdirməyə yaxınıq”, - deyə iş adamı bildirib. Məlumatlara görə, Maskın planlarına əlavə bazarı inkişaf etdirmək istəyiylə yanaşı, həm də siyasi motivlər daxildir.

Bu ilin sentyabrında o, İrana internet azadlığı və sərbəst məlumat axınının irəliləməsi üçün” “Starlink” peyklərinin lazım olduğunu qeyd etmiş və İranda “Starlink”in işini təmin etmək üçün ABŞ səlahiyyətlilərindən sanksiyalarda istisna edilməsini də istəmişdi.

© copyright 2022 | tech.az | info@tech.az