Az | EN

İtaliya startapı Bending Spoons 500 milyon avro investisiya alıb

Nigar Sultanli
15 Avqust 2025 11:53
59 baxış
İtaliya startapı Bending Spoons 500 milyon avro investisiya alıb

Milan mərkəzli Bending Spoons startapı, dünyada tanınmış rəqəmsal məhsulları alıb idarə edən texnologiya startapıdır. Startap son zamanlar satınalmalarla böyümək üçün 500 milyon avro toplamağa nail olub.

Bu vəsaitin toplanmasında J.P. Morgan, BNP Paribas və Crédit Agricole CIB əsas rol oynayıb. Digər maliyyə qurumları, o cümlədən Bank of America, HSBC, Barclays, Goldman Sachs və başqaları da bu maliyyələşdirmədə iştirak ediblər.

Bending Spoons 2013-cü ildə təsis olunub. CEO Luca Ferrari startapın aldığı məhsulları uzun müddət idarə etməyə və onları strateji şəkildə inkişaf etdirməyə üstünlük verir.

Son illərdə startap bir sıra böyük satınalmalar edib. Məsələn, San-Fransiskoda fəaliyyət göstərən MileIQ yol izləmə tətbiqi və ABŞ-də video yayım texnologiyaları startapı Brightcove. Brightcove 199 milyon avro nağd ödənişlə alınıb.

Yeni satınalmalar startapın portfelini daha da böyüdüb. İndi Evernote, WeTransfer, Remini, Meetup, komoot, Issuu, StreamYard və Splice kimi məşhur məhsullar startapa məxsusdur. Bu məhsullar milyonlarla insan tərəfindən məhsuldarlıq, məzmun yaradılması və rəqəmsal ünsiyyət üçün istifadə olunur.

Bending Spoons indiyədək 1 milyard avro vəsait toplayıb. Son maliyyələşdirməyə əlavə olaraq 100 milyon avroluq fond da yaradılıb ki, yeni investisiyalar və əməliyyatlar rahat həyata keçirilsin. İyul ayında startap 350 milyon avroluq kredit də əldə edib.

Startap həm Avropada, həm ABŞ-də sürətlə böyüyür və yaxın gələcəkdə birjada satış (IPO) etməyi planlaşdırır. 2024-cü il üzrə startapın dəyəri təxminən 2,2 milyard avro-dur. Texnologiya sektorunda satınalmalar da son illərdə sürətlə artır və illik 74% böyüyərək 325 milyard avro həcmində əməliyyatlara çatır.

Bu maliyyə dəstəyi Bending Spoons-a strateji uyğun rəqəmsal biznesləri almağa və böyüməsini davam etdirməyə imkan verir.

© copyright 2022 | tech.az | info@tech.az