Az | EN

Kalshi və Polymarket kripto “perpetual futures” bazarına daxil olur

Cəmil Hüseynzadə
22 Aprel 2026 12:18
53 baxış
Kalshi və Polymarket kripto “perpetual futures” bazarına daxil olur

ABŞ-da fəaliyyət göstərən maliyyə platforması Kalshi yaxın həftələrdə kriptovalyutalarla əlaqəli “perpetual futures” məhsullarını istifadəyə verməyi planlaşdırdığını açıqlayıb. Rəqibi Polymarket də beynəlxalq birjası üçün oxşar məhsul hazırladığını bildirib.

“Perpetual futures” müddətsiz və leverec (borc vəsaiti ilə ticarət) imkanına malik törəmə alətlərdir. Kalshi ilkin mərhələdə bitcoin və digər kriptovalyutalarla başlayacaq, daha sonra isə məhsul çeşidini xammal və digər aktivlərə doğru genişləndirməyi planlaşdırır. Şirkət təminat kimi ABŞ dollarını qəbul edəcək, gələcəkdə isə stabil kriptovalyutaların əlavə olunması nəzərdə tutulur.

Bu addım hər iki şirkətin kripto ticarəti sahəsində fəaliyyətini genişləndirməsi kimi qiymətləndirilir. Eyni zamanda, ABŞ-da tənzimləyici qurumların bu tip məhsullara nəzarət imkanlarını nəzərdən keçirdiyi bir dövrə təsadüf edir.

Polymarket-in məhsulunun ABŞ tənzimləyicilərinin nəzarətindən kənarda təqdim olunacağı bildirilir. Kalshi isə bu yaxınlarda ABŞ-da marja ilə ticarət üçün lisenziya əldə edib.

© copyright 2022 | tech.az | info@tech.az