Az | EN

Meta ABŞ-da 1 milyard dollarlıq Sİ data mərkəzi tikir

Cəmil Hüseynzadə
22 Aprel 2026 12:15
58 baxış
Meta ABŞ-da 1 milyard dollarlıq Sİ data mərkəzi tikir

ABŞ-ın texnologiya nəhəngi Meta süni intellekt infrastrukturunu genişləndirmək məqsədilə Oklahoma ştatında yeni data mərkəzinin tikintisinə başladığını açıqlayıb. Layihənin dəyərinin 1 milyard dollardan çox olduğu bildirilir.

Şirkətin məlumatına görə, tikinti mərhələsində 1000-dən çox iş yeri yaradılacaq, mərkəz istifadəyə verildikdən sonra isə təxminən 100 nəfər üçün daimi iş imkanı təmin olunacaq.

Bu obyekt Meta-nın Oklahomadakı ilk, ABŞ üzrə isə 28-ci data mərkəzi olacaq. Şirkət həmçinin bildirib ki, layihə çərçivəsində su və kanalizasiya xidmətlərinin bütün xərclərini özü qarşılayacaq.

Meta bu addımı ilə digər iri texnologiya şirkətlərinə qoşularaq Sİ üçün tələb olunan hesablama gücünü artırmaq məqsədilə data mərkəzlərinə böyük investisiyalar yatırır. Bununla yanaşı, bu cür layihələrin enerji istehlakı ilə bağlı narahatlıqlar da artmaqdadır.

© copyright 2022 | tech.az | info@tech.az