“Tosuncuk” ləqəbi ilə tanınan Mehmet Aydın və qardaşı Fatih Aydın məşhur “Çiftlik Bank” sisteminin qurucuları olaraq 45.376 il 6 ay həbs cəzasına məhkum edilib. 2016-cı ildə Mehmet Aydın “Çiftlik Bank” adlı bir sistem qurub. Bu sistemdə insanlar, internetdə virtual kənd təsərrüfatı heyvanları alırdılar və bunlara görə yem və anbar xərcləri ödəyirdilər. Sistemdə bu virtual heyvanların, həqiqətən, Türkiyədəki təsərrüfatlarda yetişdirildiyi iddia olunurdu. İstifadəçilər heyvanlardan əldə ediləcək ət və süd kimi gəlirlər ilə geri ödəmə alacaqlarını gözləyirdilər.
Lakin, 2017-ci ildə “Çiftlik Bank”ın bir piramidal sistem (yəni, “xoşbəxtlik zənciri”) olduğu aşkar olundu və bu səbəbdən şikayətlər başladı. “Çiftlik Bank” 2018-ci ilin əvvəlində üzvlük alımını dayandırdı və bu sistemin qanunsuz olduğu bildirilmişdi.Ödənişlərlə bağlı problemlər yaranmağa başladı və bunun nəticəsində bəzi insanlar bankın ofislərinə hücum edərək, oradakı malları ələ keçirməyə çalışdılar.
Mehmet Aydın 2020-ci ildə Braziliyada yaxalanıb və Türkiyəyə təhvil verilib. Məhkəmə ona və qardaşına “cinayətkar qrup qurmaq” və “aldatmaq” kimi ittihamlarla çox uzun müddət həbs cəzası verib. Mehmet Aydın özünü müdafiə edərək heç kimə ziyan vermədiyini və heç bir aldatma məqsədi güdmədiyini söyləyib.