Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən DataDome startapı yeni bir investisiya aldığını açıqlayıb.
Startapın verdiyi məlumata görə, C seriyasının investisiya raundunda 42 milyon dollar investisiya alıb. InfraVia Growth-un rəhbərlik etdiyi investisiya raunduna InfraVia Growth-dan başqa, Elephant Venture Capital GmbH və ISAI iştirak edib. Bununla da, startapın bu günə qədər əldə etdiyi ümumi investisiya məbləği 82 milyon dollara çatıb.
DataDome-un həmtəsisçisi və baş direktoru Benjamin Fabrenin verdiyi məlumata görə, yeni investisiya startapın kommersiya fəaliyyətinə başlaması və Ar-Ge tədqiqatları üçün istifadə olunacaq.
2015-ci ildə Benjamin Fabre və Fabien Grenier tərəfindən Nyu-Yorkda qurulan DataDome kibertəhlükəsizlik həllərinə diqqət yetirir. Müştərilərini qorumaq üçün süni intellektə əsaslanan kibertəhlükəsizlik həlli təklif edən startap xüsusilə onlayn fırıldaqçılıq və bot hücumlarına qarşı qoruma təmin edir. DataDome tərəfindən təmin edilən kibertəhlükəsizlik həlli vebsaytlar, API-lər və mobil proqramlar tərəfindən istifadə edilə bilər. Startapın 300-dən çox müştərisi var. DataDome müştəriləri arasında Rakuten, Reddit, AngelList, Axel Springer SE, The New York Times, McDonald's və Foot Locker kimi mühüm brendlər var.