Az | EN

“Loongson” çiplərinin Rusiyaya ixracı qadağan edilib

Səbinə Eyvazova
13 Dekabr 2022 14:24
347 baxış
“Loongson” çiplərinin Rusiyaya ixracı qadağan edilib

Çin özü istehsal etdiyi “Loongson” çiplərinin Rusiya və digər ölkələrə ixracına qadağa qoyub. 

Belə ki, Rusiya elektronika istehsalçıları artıq bu çipləri sınaqdan keçiriblər, lakin indi bu prosessorları almaq daha mümkün olmayacaq.

Məlumat üçün bildirək ki, “Loongson” korporasiyası 2002-ci ildə yaradılıb, onun məqsədi Amerikanın “Intel” və “AMD”yə alternativ çiplət yaratmaqdır. Hətta ötən il şirkət Intel və AMD üçün yazılmış proqramlarla işləyə bilən öz LoongArch arxitekturasını təqdim edib.

© copyright 2022 | tech.az | info@tech.az