Paris Luvr muzeyindəki səs-küylü oğurluq hadisəsindən sonra aparılan araşdırmalar nəticəsində məlum olub ki, muzeyin təhlükəsizlik sisteminin parolu sadəcə “Louvre” olub. Libération qəzetinin yazdığına görə, 19 oktyabrda dörd nəfər cəmi yeddi dəqiqəyə 88 milyon avro dəyərində tarixi zinət əşyalarını oğurlayıb.
Auditor sənədləri göstərib ki, muzeydə təhlükəsizliklə bağlı ciddi boşluqlar hələ 11 il əvvəl müəyyən edilib. Sistem hələ 2003-cü ildə alınmış köhnəlmiş “Windows Server 2003” üzərində işləyirmiş.
Fransa mədəniyyət naziri Rəşidə Dati əvvəlcə “sistemdə nasazlıq olmadığını” desə də, sonradan bu boşluqları təsdiqləyib. Telegram-ın yaradıcısı Pavel Durov isə hadisəni “bir vaxtlar böyük olan ölkənin tənəzzülünün daha bir göstəricisi” adlandırıb.
