Az | EN

2008-ci il böhranını proqnozlaşdıran investor: "NVIDIA və süni intellekt “balonunun” partlayacaq"

Cəmil Hüseynzadə
05 Noyabr 2025 17:45
33 baxış
2008-ci il böhranını proqnozlaşdıran investor: "NVIDIA və süni intellekt “balonunun” partlayacaq"

Məşhur investor Maykl Byurri, 2008-ci il qlobal maliyyə böhranını öncədən proqnozlaşdırması və “The Big Short” (“İqra na ponijeniye”) filmi ilə tanınması ilə yadda qalan, indi NVIDIA və Palantir şirkətlərinin dəyərinin kəskin enəcəyini düşünür. Onun fikrincə, süni intellekt bazarında yaranmış “balon” yaxın zamanda partlayacaq. Bu barədə Sherwood News məlumat yayıb.

Byurrinin idarə etdiyi Scion Asset Management fondu 1 milyon NVIDIA və 5 milyon Palantir səhminə 1,1 milyard dollarlıq put opsion alıb. Put opsion – investora səhmləri əvvəlcədən müəyyən edilmiş qiymətlə satmaq hüququ verir. Yəni Byurri bu səhmlərin qiymətinin tezliklə düşəcəyinə güvənir.

Investor hesab edir ki, süni intellekt texnologiyalarına artan maraq bazarda “həddindən artıq dəyər” yaradıb və bu vəziyyət 2000-ci illərin “dotcom” böhranını xatırladır.

Byurri mövzu ilə bağlı rəsmi açıqlama verməsə də, X (keçmiş Twitter) platformasında yazdığı son paylaşımda belə bildirib: “Bəzən yeganə qalib gediş – heç oynamamaqdır.”

Ekspertlər isə qeyd edirlər ki, Byurrinin təcrübəsinə baxmayaraq, süni intellekt bazarı hələ də böyüməyə davam edir və ən təcrübəli investorlar belə, bəzən səhv edə bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az