Az | EN

Marketoloqlar “Azərbaycan Marketinq Zirvəsi 2025”də bir araya gələcək

Cəmil Hüseynzadə
23 May 2025 07:52
52 baxış
Marketoloqlar “Azərbaycan Marketinq Zirvəsi 2025”də bir araya gələcək

“Marketinqdə Transformasiya: Əvvəl, İndi və Sonra” devizi ilə baş tutacaq bu tədbir yerli və xarici mütəxəssisləri bir araya gətirərək 2025-ci ilin ən yaddaqalan görüşlərindən biri olmağı vəd edir.

Baku Growth Academy təşkilatçılığı ilə sayca ikinci dəfə 25 may 2025 tarixində “JW Marriott Absheron Baku”da keçiriləcək. “Azərbaycan Marketinq Zirvəsi 2025” çərçivəsində 16 spikerin iştirakı ilə marketinq və biznesin müxtəlif istiqamətləri üzrə təcrübələr, yanaşmalar və strategiyaların paylaşılacağı, “Satış vs marketinq” debatı, “Rəqəmsal Marketinq” və “Liderlik bacarıqları” ilə bağlı “Workshop”lar keçiriləcək.

Marketinq Zirvəsində iştirak etmək istəyən şəxslər https://marketinqzirvesi.az  keçid linkinə daxil olaraq bilet ala bilərlər.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnnovasiyalar və İnkişaf Agentliyinin rəsmi tərəfdaşlığı, “Thinkers.az”, “DigitalHero”, “Media fabriki”, “Mark factory” və “Arter”in tərəfdaşlığı, “189 taxi”, “Saffron group”, “Maxprint”, “Apar”, “Ləzzət Group”un sponsorluğu ilə keçiriləcək.

Əminik ki, bu tədbir marketinq sahəsində yeniliklərə açıq olan hər kəs üçün ilhamverici və dəyərli təcrübə olacaq. Fürsəti qaçırmayın, elə indi “Azərbaycan Marketinq Zirvəsi 2025”in iştirakçısı olmağa tələsin.

© copyright 2022 | tech.az | info@tech.az