Bildiyimiz kimi, Apple "Vision Pro" adlı virtual reallıq eynəklərini təqdim etmişdi. 2024-cü ildə satışa çıxarmağı planlaşdırdığı bu məhsul istifadəçilərə "Spatial Computer" təcrübəsi təqdim edəcək. Ancaq Apple bu məhsulu bazara çıxarmazdan əvvəl Meta bu sahədə bir məhsul üzərində işlərini sürətləndirib.
Meta-nın üzərində işlədiyi eynəklər Apple-ın Vision Pro-ya alternativ olacaq və daha sərfəli qiymət ilə satışa çıxarılacaq. Bundan əlavə, bu eynəklərdə qulaqlıqların və ya idarəetmə tutacağının olmayacağı təxmin edilir.
Meta öz virtual reallıq eynəklərini Quest 3-ü bu həftə satışa çıxarsa da, Apple eynəklərinə birbaşa rəqib ola biləcək AR eynəkləri üzərində işləməyə davam edir. Texnologiya mütəxəssisi Mark Qurman Meta-nın Apple-a qarşı daha rəqabətçi bir rəftar olduğunu bildirir. Metanın bu sahədəki strateji addımları Apple-a reaksiya kimi şərh edilir.