Az | EN

Meta Süni İntellekt Sistemlərinin İnkişafını Dayandırıb

Nigar Sultanli
04 Fevral 2025 11:44
165 baxış
Meta Süni İntellekt Sistemlərinin İnkişafını Dayandırıb

Meta süni intellekt sahəsində yeni yanaşma təqdim edib. Şirkət gələcəkdə insan kimi hər şeyi edə bilən süni intellekt yaratmağı planlayır lakin, bəzi hallarda potensial olaraq təhlükəli və yüksək qabiliyyətli süni intellekt sistemlərini ictimaiyyətə təqdim etməməyi qərara alıb.

Meta "Frontier AI Framework" sənədində iki növ riskli süni intellekt sistemini göstərib: "yüksək riskli" və "kritik riskli". Bu sistemlər kiber hücumlar və ya kimyəvi və bioloji silahların yaradılmasına kömək edə bilər. "Kritik riskli" sistemlər çox böyük və geri dönülməsi mümkün olmayan zərərlərə yol aça bilər.

Meta bu riskləri ölçmək üçün müəyyən elmi testlərdən istifadə etmir. Şirkət işçilərinin və digər sahə mütəxəssislərinin fikirlərinə əsaslanır. Əgər şirkət sistemin riskli olduğunu düşünərsə, onu yalnız daxildə istifadə edəcək və ya təhlükəsizlik tədbirləri görülənə qədər ictimaiyyətə təqdim etməyəcək.

Bu yanaşma ilə Meta digər şirkətlərin açıq şəkildə yaydığı güclü süni intellektI sistemlərindən fərqli olaraq, bu texnologiyanı daha diqqətlə və təhlükəsiz bir şəkildə təqdim etməyi hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az