Az | EN

Meta süni intellektin öyrədilməsi üçün "yektin məzmunlarından" istifadədə ittiham edilir

Cəmil Hüseynzadə
31 Oktyabr 2025 11:16
46 baxış
Meta süni intellektin öyrədilməsi üçün "yektin məzmunlarından" istifadədə ittiham edilir

ABŞ-da Meta şirkəti yetkinlər üçün olan filmləri qeyri-qanuni şəkildə torrentlər vasitəsilə yükləməkdə ittiham olunub. İddiaya görə, bu materiallar şirkətin Sİ modellərini təlim etdirmək məqsədilə istifadə olunub.

İddia Strike 3 Holdings şirkəti tərəfindən qaldırılıb — o, müəllif hüquqları ilə qorunan bir sıra filmlərin sahibidir və piratçılığa qarşı mübarizəsi ilə tanınır. Onlar bildiriblər ki, Meta-nın korporativ IP ünvanlarından özlərinə məxsus kontentin yüklənməsi qeydə alınıb.

Strike 3 Holdings-in məlumatına görə, bu hallar 2018–2025-ci illəri əhatə edir və Meta-nın 2500 gizli IP ünvanı vasitəsilə həyata keçirilib. Şirkət 350 milyon dollar məbləğində təzminat tələb edir.

Meta isə iddiaları əsassız adlandıraraq ABŞ məhkəməsinə müraciət edib. Şirkət bildirib ki, heç bir sübut yoxdur və bu yükləmələr “şəxsi istifadə məqsədilə” edilib: “Az sayda və əlaqəsiz yükləmələr əməkdaşların şəxsi fəaliyyəti ilə bağlı olub.”

Meta həmçinin vurğulayıb ki, şirkətin daxili qaydaları böyüklər üçün kontent yaradılmasını və istifadəsini qadağan edir, buna görə də bu materialların Sİ təlimi üçün istifadə olunması “mümkün deyil və məntiqsizdir”.

© copyright 2022 | tech.az | info@tech.az