Az | EN

Tim Kuk təsdiqlədi: Yenilənmiş Siri gələn il istifadəyə veriləcək

Nigar Sultanli
31 Oktyabr 2025 14:22
65 baxış
Tim Kuk təsdiqlədi: Yenilənmiş Siri gələn il istifadəyə veriləcək

Tim Kuk, səsli köməkçi Siri-nin çoxdan gözlənilən yenilənmiş versiyasının gələn il istifadəyə veriləcəyini rəsmən təsdiqləyib.

CNBC-yə verdiyi müsahibədə o, şirkətin "plana uyğun irəlilədiyini" və hazırlıq prosesində artıq əhəmiyyətli nailiyyətlər əldə etdiyini bildirib. Fərdiləşdirilmiş Siri-nin buraxılışı 2026-cı ilə planlaşdırılır və MacRumors saytının məlumatına görə, onun mart ayında gözlənilən iOS 26.4 yeniləməsinin bir hissəsi olacağı gözlənilir.

Əslində, yenilənmiş Siri ilk dəfə WWDC 2024 konfransında təqdim edilsə də, onun istifadəyə verilməsi sonradan təxirə salınmışdı. Yeni versiyada köməkçi konteksti daha dərindən anlamaq, ekranın məzmununu vizual olaraq analiz etmək və tətbiqlər daxilində idarəetməni təkmilləşdirmək kimi qabiliyyətlərə malik olacaq. Məsələn, Siri istifadəçinin suallarına cavab vermək üçün (uçuş vaxtını dəqiqləşdirmək və ya rezervasiya detallarını tapmaq kimi) e-məktublardakı və ya mesajlardakı lazımi məlumatları özü axtarıb tapa biləcək.

Apple ümid edir ki, yenilənmiş Siri, şirkətin ekosisteminə inteqrasiya edilmiş süni intellekt funksiyaları kompleksi olan "Apple Intelligence" sisteminin əsas elementinə çevriləcək.

Bununla belə, buraxılışın təxirə salınması bəzi istifadəçilər arasında ciddi narazılığa səbəb olub. Hətta bir qrup istifadəçi kollektiv iddia qaldıraraq bildirib ki, məhz Siri-nin vəd edilən bu yeni imkanları onların yeni iPhone 17 modellərini almasına əsas səbəb olmuşdu.

Tim Kuk yekunda qeyd edib ki, gecikməyə baxmayaraq, Apple seçdiyi istiqamətdən əmindir və "şirkətin yüksək keyfiyyət və məxfilik standartlarına" tam cavab verən bir məhsul təqdim etməyi hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az