Az | EN

Microsoft 60 minə yaxın əməkdaşa kompensasiya qarşılığında könüllü işdən ayrılma təklif edir

Cəmil Hüseynzadə
27 Oktyabr 2026 11:09
102 baxış
Microsoft 60 minə yaxın əməkdaşa kompensasiya qarşılığında könüllü işdən ayrılma təklif edir

Şirkət birbaşa ixtisarlardan yayınmağa çalışır

Microsoft xərcləri azaltmaq məqsədilə təxminən 60 min əməkdaşını əhatə edə biləcək könüllü işdən ayrılma proqramına başlayıb. Bloombergin məlumatına görə, proqram ABŞ, Kanada, Hindistan və Böyük Britaniyada müəyyən komandaların əməkdaşlarına, o cümlədən vitse-prezident səviyyəsində çalışanlara şamil ediləcək.

Təklifi qəbul edən işçilər standart işdənçıxarma müavinətinə bənzər kompensasiya alacaqlar. Mənbələrin bildirdiyinə görə, proqramda Xbox, Windows, Copilot və maliyyə departamentinin bəzi əməkdaşları iştirak edə biləcəklər. Data mərkəzləri, kibertəhlükəsizlik, satış və marketinq sahələrində çalışanlar isə proqrama daxil edilməyəcək.

Microsoft 2026-cı ilin yazında pensiya yaşına çatmış əməkdaşlarına da könüllü işdən ayrılma təklif etmişdi. Həmin vaxt bu imkana sahib təxminən 8750 nəfərin 30%-dən çoxu təkliflə razılaşmışdı. Şirkət bu dəfə könüllü ayrılmağa razılıq verənlərin sayının xeyli az olacağını gözləyir.

Bloombergin məlumatına görə, 2026-cı ilin iyununun sonunda Microsoft-un ümumilikdə 223 min əməkdaşı olub.

© copyright 2022 | tech.az | info@tech.az