Az | EN

“Yandex” Ukrayna dronlarının hücumlarından qorumaq üçün superkompüterlərini köçürür

Cəmil Hüseynzadə
27 Oktyabr 2026 13:11
63 baxış
“Yandex” Ukrayna dronlarının hücumlarından qorumaq üçün superkompüterlərini köçürür

Rusiyanın İT nəhəngi “Yandex” üç superkompüterini əvvəlki yerləşdiyi ərazilərdən çıxararaq yeni hesablama mərkəzlərinə köçürür. Şirkətin mətbuat xidməti köçürülmənin nə vaxt başa çatacağını açıqlamayıb.

Söhbət şirkətin hesablama infrastrukturunun əsas hissələri olan “Lyapunov”, “Galushkin” və “Chervonenkis” adlı yüksək məhsuldarlıqlı hesablama sistemlərindən gedir.

“Yandex” bildirib ki, avadanlıqlar əvvəlki məkanlarından çıxarılıb və hazırda yeni hesablama sahələrində quraşdırılır. İşə salındıqdan sonra superkompüterlər yenidən şirkətin xidmətlərinin infrastrukturuna qoşulacaq.

Şirkətin məlumatına görə, oktyabr ayında “Yandex”in bir neçə məlumat mərkəzinə pilotsuz uçuş aparatları ilə hücum edilsə də, superkompüterlər zərər görməyib. Hadisələr kritik avadanlıqların təcili şəkildə başqa məkanlara köçürülməsi qərarına səbəb olub.

© copyright 2022 | tech.az | info@tech.az