Qaliblərə ümumilikdə 9500 AZN mükafat veriləcək
SOCAR Hackathon 2026 noyabrın 21–22-də SABAH.city-də keçiriləcək. Hakatonun məqsədi SOCAR-ın innovasiya strategiyasına uyğun olaraq, quyuların məhsuldarlığının intellektual təhlili üçün innovativ texnoloji həllər hazırlamaq və gəncləri yaradıcı, praktik həllər üzərində işləməyə təşviq etməkdir.
İştirakçılar bir əsas problem üzərində çalışacaqlar: quyuların iş göstəricilərinin intellektual təhlili.
Hakatonda maksimum 3 nəfərdən ibarət komandalar iştirak edə bilər. İlkin seçim mərhələsində komandaların motivasiya məktubları, CV-ləri və texniki bacarıqları qiymətləndiriləcək.
Seçilmiş komandalar SOCAR tərəfindən təqdim edilən real məlumat dəstlərindən istifadə edərək texnoloji həll hazırlamaq üçün 48 saat vaxt əldə edəcəklər.
Mükafat fondu:
- I yer — 5000 AZN
- II yer — 3000 AZN
- III yer — 1500 AZN
Qaliblərə ümumilikdə 9500 AZN mükafat təqdim olunacaq.
QEYDİYYAT
