ABŞ-nin "Apple" şirkəti Azərbaycan müəllimlərini sertifikatlaşdırılmış təlimçi kimi yetişdirəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı İRİA "Apple" ilə müqavilə bağlamaq ərəfəsindədir: "Şirkət Azərbaycan müəllimlərini hazırlayacaq. Ölkəmizə 8 nəfərlik kvota ayrılıb. Müəllimləri öyrədib, onlara "Apple Certified Trainer" yəni "Apple" tərəfindən sertifikatlar verəcəklər ki, onlar da Azərbaycandakı gənclərə, daha çox universitet tələbələrinə təlimlər keçsinlər".
O qeyd edib ki, bu proses universitetlərlə bağlı olduğu üçün ali təhsil müəssisələrinə müraciət edilib: "Xahiş etdik ki, əməliyyat sistemləri, iOS və proqramlaşdırma üzrə ixtisaslaşmış müəllimlərini bizə yönləndirsinlər. Biz həmin müəllimləri hazırlayırıq, onlar da öz növbələrində universitet tələbələrini yetişdirəcəklər".
Report
