Az | EN

Microsoft erkən xərçəng diaqnozu üçün süni intellekt modeli üzərində işləyir

Nail Valiyev
12 Sentyabr 2023 12:35
449 baxış
Microsoft erkən xərçəng diaqnozu üçün süni intellekt modeli üzərində işləyir

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Microsoft səhiyyə sahəsində mühüm addım atıb. Microsoft xərçəng diaqnozu üçün təsvirə əsaslanan süni intellekt modelinin yaradılması üzərində işləyir. Patologiya sahəsində məşhur olan Peyc ilə əməkdaşlıqda dörd milyona yaxın mikroskopik slayddan ibarət model yaradılır. Bu model milyardlarla təsviri əhatə edən təlimdən keçir.

Bu süni intellekt modelinin məqsədi patoloqlar tərəfindən şüşə slaydlar üzərində edilən toxuma müayinələrində qaçırıla biləcək detalları aşkar edərək səhv diaqnozların qarşısını almaqdır. "Paige Technology"-nin baş vitse-prezidenti Razik Yousfi bu modelin milyonlarla insanın həyatını yaxşılaşdıracağını bildirib.

© copyright 2022 | tech.az | info@tech.az