“Microsoft” rusiyalılar üçün “Windows” və “Office” yeniləmələrinə çıxışı açıb. Ruslar artıq Windows Update vasitəsilə ən son Windows 11 23H2 yeniləməsini quraşdıra bilərlər. Əvvəllər yeniləmələri VPN-lə etmək lazım olurdu.
“Microsoft” da Rusiya şirkətlərinin proqram təminatına çıxışını bloklamaq vədini yerinə yetirməyib. Bloklama martın 20-dən sonra baş verməli idi. Xatırladaq ki, 2022-ci ildə Microsoft Rusiyada fəaliyyətini dayandırdığını elan etmişdi.