Az | EN

Microsoft Teams arxaplan üçün yeni virtual fonlar təqdim edib

Fidan Abbaszadə
06 May 2023 15:53
398 baxış
Microsoft Teams arxaplan üçün yeni virtual fonlar təqdim edib

Microsoft Teams bir sıra yeni virtual fonlar təqdim edib.  Şirkət bildirib ki,  "Video zəng zamanı insanların özlərini daha rahat hiss etməkləri məhsuldarlıqlarını artırmağa kömək edəcək vacib bir faktordur. Yeni fonlar isə istifadəçiləri və onların iş üslublarını ən uyğun şəkildə təmsil etmək üçün diqqətlə hazırlanmışdır. "  Fonlara altı yeni kateqoriyanın əlavə edilməsi ilə artıq daha bol çeşid təklif edilir.

Microsoft bloq yazısında, “Müəyyən şəkillərin populyarlığına nəzər saldıqda, müştərilərin kovorkinq məkanı, ofis və ya ev kimi real məkanlar qədər əyləncəli və yaradıcı arxaplan fonlarını da eyni dərəcədə bəyəndiklərini müşahidə etdik.”, -deyə qeyd edib.

Yeni dizaynları ilə yanaşı, Microsoft Teams-in bütün dünyada nə qədər populyar olduğunu göstərən bəzi yeni statistikaları da açıqlanıb.  Belə ki, Teams hazırda 181 ölkədə, 44 dildə mövcuddur və bütün dünyada 300 milyondan çox istifadəçisinin olduğu bildirilib.

© copyright 2022 | tech.az | info@tech.az