Az | EN

Mikayıl Cabbarov ABŞ-də SpaceX-in vitse-prezidenti ilə görüşüb

Nigar Sultanli
08 Avqust 2025 14:22
61 baxış
Mikayıl Cabbarov ABŞ-də SpaceX-in vitse-prezidenti ilə görüşüb

Mikayıl Cabbarov ABŞ-nin SpaceX şirkətinin vitse-prezidenti Stefani Bednarek ilə görüş keçirib. Nazir bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Cabbarov qeyd edib ki, görüş Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə  işgüzar səfəri çərçivəsində, SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə baş tutub.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühiti vurğulanıb. Tərəflər SpaceX ilə əməkdaşlıq perspektivlərini, o cümlədən qabaqcıl kosmik texnologiyaların tətbiqi, süni intellekt əsaslı həllərin inteqrasiyası və biliklərin ötürülməsi, potensialın artırılması məqsədilə strukturlaşdırılmış tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

Mənbə: Caliber 

© copyright 2022 | tech.az | info@tech.az