Az | EN

Müctəbə Xameneinin sanksiya qoyulan hesabı rəsmiləşib

Cəmil Hüseynzadə
24 Mart 2026 21:13
35 baxış
Müctəbə Xameneinin sanksiya qoyulan hesabı rəsmiləşib

İranın ali dini lideri Müctəbə Xamaneinin ingilisdilli rəsmi hesabının X platformasında Premium abunəliyə qoşulduğu bildirilir. Bu məsələ platformanın sanksiyalara məruz qalan şəxslərlə bağlı siyasəti fonunda diqqət çəkir.

Məlumata görə, Müctəbə Xamaneinin farsdilli hesabında olan “mavi təsdiq nişanı” daha əvvəl silinib. Mart ayında yayımlanan hesabatda İran rəsmiləri və dövlət qurumlarına aid bəzi hesabların ödənişli xidmətlərdən istifadə etdiyi qeyd olunmuşdu.

Müctəbə Xamaneinin ingilisdilli hesabının təxminən 175 min izləyicisi var və burada regional gərginliklə bağlı paylaşımlar edilir. Hesabın mart ayında yaradıldığı və İranda yerləşdiyi göstərilir.

Qeyd edək ki, tətbiq edilən sanksiyalar ABŞ şirkətlərinin bu şəxslərlə maliyyə əlaqələrini məhdudlaşdırır. X platformasının qaydalarına əsasən də sanksiyalara məruz qalan şəxslərin Premium xidmətlərə qoşulması qadağandır. Bununla belə, bu siyasətin praktikada necə tətbiq olunduğu aydın deyil.

© copyright 2022 | tech.az | info@tech.az