Az | EN

Yeni video generatoru təqdim olundu - ByteDance Seedance 2.0

Cəmil Hüseynzadə
24 Mart 2026 14:10
43 baxış
Yeni video generatoru təqdim olundu - ByteDance Seedance 2.0

ByteDance şirkəti yeni nəsil video generatoru Seedance 2.0 modelini təqdim edib. Alət artıq CapCut tətbiqinə inteqrasiya olunaraq istifadəçilərə açıq edilib.

Seedance 2.0 süni intellekt vasitəsilə 15 saniyəyədək və 2K keyfiyyətdə videolar yarada bilir. Model həmçinin səhnələr arasında keçidlər əlavə edir, müxtəlif dillərdə dialoqlar qurur və şəkil, video və audio fayllar əsasında məzmun generasiya edir.

Yeni funksiyanın ilkin mərhələdə bəzi ölkələrdə istifadəyə verildiyi, gələcəkdə isə qlobal şəkildə yayılacağı bildirilir.

© copyright 2022 | tech.az | info@tech.az