Az | EN

Rusiya ilk internet peykləri orbitə çıxardı

Cəmil Hüseynzadə
24 Mart 2026 14:17
51 baxış
Rusiya ilk internet peykləri orbitə çıxardı

Rusiyada genişzolaqlı internet üçün nəzərdə tutulan ilk 16 peyk orbitə uğurla buraxılıb. Layihə БЮРО 1440 şirkəti tərəfindən həyata keçirilir və ИКС Холдинг strukturuna daxildir.

“Rassvet” adlı aşağıorbitli peyk qruplaşması 23 mart tarixində bir paket halında kosmosa göndərilib. Peyklər yoxlama mərhələsindən sonra hədəf orbitə yerləşdiriləcək.

Şirkətin məlumatına görə, aparatlarda 5G NTN arxitekturasına əsaslanan rabitə sistemi, yeni enerji təminatı, peyklərarası lazer rabitə texnologiyası və plazma mühərrikləri istifadə olunub.

Layihə çərçivəsində 2026-cı ildə orbitdə 156, 2027-də 292, 2028-də isə 318 peykin olması planlaşdırılır. 2030-cu ilə qədər ümumilikdə 24 buraxılış həyata keçiriləcək.

© copyright 2022 | tech.az | info@tech.az